22 oktyabr 2024. Çərşənbə axşamı

Tramp: “Həbib inanılmaz istedada malikdir”


  • Offside
  • 12:17 14.06.2024
  • Oxunma sayı: 78
Tramp: “Həbib inanılmaz istedada malikdir”

ABŞ-nin keçmiş prezidenti Donald Tramp məşhur MMA döyüşçüsü Həbib Nurməhəmmədovla qarışıq döyüş sənətləri üzrə UFC 302 turniri zamanı bu yaxınlarda keçirdiyi görüşdən danışıb.

90deqiqe.Az xəbər verir ki, o, bu barədə Tramp Loqan Paulun podkastında bildirib.

“MMA rekordu 29-0 olan Həbiblə tanış oldum. Atası öldü və sonra Həbib sadəcə MMA yarışlarını bitirdiyini söylədi. Atası işində əla idi. Həbib, yəqin ki, bir raundda belə uduzmayıb. Belə deyirlər. Mən onun əla olduğunu düşündüm. İnanılmaz istedada malikdir”, - deyə Tramp bildirib.

Qarışıq döyüş növləri üzrə karyerası ərzində Nurməhəmmədov 29 döyüş keçirib, onlardan 29-da qalib gəlib.







Offside