22 iyun 2024. Şənbə

Makqreqor və Çandler arasında döyüş ləğv edilib


  • Offside
  • 12:56 14.06.2024
  • Oxunma sayı: 39
Makqreqor və Çandler arasında döyüş ləğv edilib

İrlandiyalı qarışıq döyüş ustası Konor Makqreqorla amerikalı Maykl Çandler arasında UFC 303 turniri çərçivəsində döyüş baş tutmayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə Mütləq Döyüş Çempionatının rəhbəri Dana Uayt məlumat verib.

Uaytun sözlərinə görə, döyüş irlandiyalının zədəsi səbəbindən ləğv edilib.

Döyüş iyunun 29-na planlaşdırılan turnirdə baş tutmalı idi.

35 yaşlı Makqreqor yüngül çəkidə UFC çempionudur. Qarışıq döyüş növləri üzrə o, 22 dəfə qalib gəlib, altı dəfə məğlub olub. 31 yaşlı Çandler 23 döyüşdə qalib gəlib, səkkizində məğlub olub.







Offside