22 iyun 2024. Şənbə

Azərbaycan avarçəkəni beynəlxalq multiidman turnirində üçüncü yeri tutub


  • Offside
  • 18:13 14.06.2024
  • Oxunma sayı: 35
Azərbaycan avarçəkəni beynəlxalq multiidman turnirində üçüncü yeri tutub

Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman turnirində uğurlu çıxış edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, idmançı yarışda bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan samboçusu Rəsul Aydəmirov (98 kiloqram) da üçüncü yeri tutub. Multiidman turniri iyunun 24-dək davam edəcək. Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil olunur.







Offside