30 mart 2026. Bazar ertəsi

Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb


  • Offside
  • 18:16 14.06.2024
  • Oxunma sayı: 168
Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan millisi Binə Atçılıq Mərkəzində keçirilən çövkən üzrə dünya çempionatında finala vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, qrup mərhələsindəki sonuncu oyunda Özbəkistanla üz-üzə gələn yığmamız rəqibinə 7:0 hesabı ilə qalib gəlib.

Bununla da qrup mərhələsində bütün oyunları qələbə ilə başa vuran komanda finala adlayıb.B qrupunu lider kimi tamamlayan yığmamız həlledici oyunda Mərakeş komandası ilə qarşılşacaq.

A və B qrupunda ikinci yeri tutan Özbəkistan və Nigeriya komandaları üçüncülük uğrunda qarşılaşacaqlar. Hər iki oyun iyunun 16-da keçiriləcək.

Qeyd edək ki, milli qrupda keçirdiyi əvvəlki oyunlarda Qazaxıstan, Türkiyə və Maltanı 5:0 hesabı ilə məğlub edib.







Offside