29 noyabr 2024. Cümə

Millinin qapıçısı dünyasını dəyişdi


  • Offside
  • 12:57 15.06.2024
  • Oxunma sayı: 104
Millinin qapıçısı dünyasını dəyişdi

Monteneqro millisinin 26 yaşlı qapıçısı Matiya Sarkiç dünyasını dəyişib.

90deqiqe.Az xəbər verir ki, futbolçunun ölümü ilə bağlı xəbəri qapıçının ötən mövsüm çıxış etdiyi “Millvall” klubunun rəsmi saytı yayıb.

Sarkiç milli fasilə zamanı aldığı xəstəlikdən bu gün səhər dünyasını dəyişib. Monteneqro vaxtı ilə səhər saat 6:30-da futbolçunun dostları təcili yardım çağırsalar da, həkimlər Matiyanın həyatını xilas edə bilməyiblər. Elə ötən həftə Sarkiç Belçika ilə yoldaşlıq oyununda Monteneqro millisinin əsas qapıçısı olub.

Matiya bu görüşdə 8 seyv edib və matçın ən yaxşı oyunçusu mükafatını alıb.







Offside