21 iyun 2024. Cümə

"Arsenal"ın və "Everton"un sabiq hücumçusu vəfat edib


  • Offside
  • 14:31 15.06.2024
  • Oxunma sayı: 40
"Arsenal"ın və "Everton"un sabiq hücumçusu vəfat edib

"Arsenal"ın və "Everton"un sabiq hücumçusu Kevin Kempbell 54 yaşında vəfat edib.

90deqiqe.Az xəbər verir ki, bu haqda "Arsenal“ klubu "X" hesabında məlumat verib.

"Keçmiş hücumçumuz Kevin Kempbellin qısamüddətli xəstəlikdən sonra vəfat etdiyini öyrənmək bizi məyus edir. Kevin klubda hər kəs tərəfindən sevilirdi. Bu çətin anda düşüncələrimiz onun dostları və ailəsi ilədir.  Rahat yat, Kevin”. 

Xatırladaq ki, Kempbell 1987-1994-cü illərdə "topçular"ın əsas komandasında çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 210 matçda iştirak edib, 55 qol vurub, 20 məhsuldar ötürmə edib. 1999-2005-ci illərdə keçmiş futbolçu "Everton"da çıxış edib.  Bu müddət ərzində o, bütün yarışlarda 160 matçda iştirak edib, 50 qol vurub və 8 məhsuldar ötürmə edib.

Kempbell milli komandada oynamadan Premyer Liqada ən çox qol vuran (76) ingilis futbolçu rekorduna sahibdir.

 

 







Offside