- Offside
- 17:18 23.11.2024
Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan idmançısı 3 qızıl medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, Kamran Xappayev birdən qaldırma hərəkətində 102 kq çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.
Bundan başqa o, təkanla qaldırma hərəkətində də eyni uğura imza atıb. 125 kq-ı ram edən idmançı rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.
Təmsilçimiz toplam 227 kq (102+125) nəticə ilə yekun sıralamada da hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışdakı digər atletimiz Əbdülhüseyn Hüseynov isə 207 kq (95+112) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.