- Offside
- 17:18 23.11.2024
Final görüşündə Çexiya komandasına 3:2 hesabı ilə qalib gələn İsveç voleybolçuları Qızıl Avroliqanın 2024-cü il üzrə çempionu olublar.
90deqiqe.Az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Rumıniya voleybolçularına 3:0 (25:14, 25:12, 25:19) hesabı ilə qalib gələn Belçika komandası bürünc medallara sahib olub.
İsveç və Çexiya komandaları gələn il Millətlər Liqasında oynamaq hüququ uğrunda Namizədlər Kubokunda mübarizə aparacaq. Səkkiz komandanın iştirakı ilə keçiriləcək turnir iyulun 4-dən 7-dək Manilada (Filippin) keçiriləcək. Səkkiz komanda - kubok sisteminə görə - Millətlər Liqası - 2025-ə vəsiqənin yeganə sahibini müəyyənləşdirəcək.
Namizədlər Kuboku 2024-də iştirak edən komandalar:
Filippin (ev sahibi ölkə);
İsveç (Avroliqanın qalibi);
Çexiya (Avroliqanın finalçısı);
Belçika (dünya reytinqi);
Keniya (kontinental reytinqə görə);
Argentina (kontinental reytinqə görə);
Vyetnam (Asiya Çağırış Kuboku çempionları - 2024);
Puerto Riko (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi çempionatının qalibləri, Meksika komandası).