24 noyabr 2024. Bazar günü

Ceyson Tatumdan möhtəşəm nəticə


  • Offside
  • 12:12 18.06.2024
  • Oxunma sayı: 84
Ceyson Tatumdan möhtəşəm nəticə

Ceyson Tatum 38 il əvvəl Larri Bördün nailiyyətini təkrarlayıb.

90deqiqe.Az xəbər verir ki, "Boston Seltiks"in kiçik hücumçusu Ceyson Tatum 1986-cı ildə komandanın əfsanəsi Larri Birddən sonra final oyununda 20 xal, 10 məhsuldar ötürmə və 5 ribaund vuran ilk" Seltiks" oyunçusu olub.

O həmçinin, NBA tarixində 27 yaşına çatmazdan əvvəl ən çox pley-off xalı toplayan oyunçu olub. Tatumun aktivində 2695 xal var. Bununla da o, 2694 xal toplayan Kobi Brayantın nailiyyətini fəth edib.

Nəzərinizə çatdıraq ki, beş oyundan sonra "Seltiks" 106:88 hesabı ilə qalib gələrək, çempion olub (ümumi oyun nəticəsi: 4-1). Oyunun ən məhsuldar oyunçu Tatum olub.  O, 31 xal, 8 ribaund və 11 məhsuldar ötürmə edib.  







Offside