24 iyul 2024. Çərşənbə

Messi etiraf etdi: "Çox qısqanc olduğum vaxtlar olub"


  • Offside
  • 17:43 18.06.2024
  • Oxunma sayı: 67
Messi etiraf etdi: "Çox qısqanc olduğum vaxtlar olub"

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi həyat yoldaşı Antonella Rokuzzoya qarşı qısqanc olub-olmaması ilə bağlı açıqlama verib.

90deqiqe.Az bu barədə “TyC Sports”a istinadən xəbər verir.

“İndi yox, əvvəllər, gənc olanda, bəli. Çox qısqanc olduğum vaxtlar olub. Bu, hələ çox gənc olanda münasibətimizin başlanğıcı idi. Sonra isə qısqanclıq keçdi”

Lionel Messi hazırda Argentina millisində çıxış edir. Albiseleste Amerika Kubokunda ilk oyununu - Kanada millisinə qarşı - cümə axşamından cümə gününə keçən gecə, Avropa vaxtı haqqında danışsaq, keçirəcək. Qeyd edək ki, Argentina millisi titulunu Amerika Kubokunda qoruyacaq.







Offside