24 noyabr 2024. Bazar günü

Azərbaycanın basketbol milliləri təlim-məşq toplanışının ikinci mərhələsinə start verib


  • Offside
  • 18:37 18.06.2024
  • Oxunma sayı: 80
Azərbaycanın basketbol milliləri təlim-məşq toplanışının ikinci mərhələsinə start verib

Azərbaycanın 16 və 18 yaşadək oğlan basketbolçulardan ibarət milliləri Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsinə start veriblər.

Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, hazırlıq prosesi çərçivəsində U-16 millimiz artıq bir yoxlama oyunu da keçirib. Komanda A divizionunda çıxış edən Gürcüstanın U-16 seçməsinə 58:40 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi 23 iyuna qədər davam edəcək. U-16 yığmamız iyulun 9-14-də Albaniyanın paytaxtı Tiranada, U-18 millimiz isə iyulun 23-28-i aralığında Elbasan şəhərində keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarında iştirak edəcək.







Offside