- Offside
- 17:18 23.11.2024
FIFA, Sosial Media Mühafizə Xidmətini (SMPS) ittifaqa üzv olan 211 ölkənin federasiya və komandalarının istifadəsinə təqdim edib.
90deqiqe.Az xəbər verir ki, FIFA-nın açıqlamasında onlayn təqiblərə qarşı mübarizədə qətiyyətinin gücləndirildiyi vurğulanıb. Açıqlamada qeyd edilib:
"Sosial mediada nifrət nitqi və təhqiramiz məzmunlar oyunçuların psixi sağlamlığına, performansına, dostlarına və ailələrinə əhəmiyyətli təsir göstərə bilər. FIFA-nın prioriteti oyunçuları qorumaq və futbolu təhlükəsiz məkana çevirməkdir. 18 iyun Beynəlxalq Mübarizə Günüdür. FIFA bütün 211 FIFA üzvünə Sosial Media Mühafizə Xidmətinə (SMPS) girişi açmaqla bu öhdəliyi gücləndirir."
Açıqlamada sistem sayəsində onlayn cinayətkarların təqibinin gücləndirildiyi vurğulanıb və qeyd edilib:
"SMPS-də qeydiyyatdan keçdikdən sonra sistem oyunçuların, məşqçilərin, komanda rəsmilərinin və hər növ komandanın sosial media hesablarını qoruyur. Pis niyyətli şərhləri gizlədərək nifrət nitqinin qarşısını alır, bundan əlavə, izləyiciləri təqiblərdən, ayrı-seçkilikdən qoruyur və insanların təhdid xarakterli yazılara məruz qalmasının qarşısını alır və beləliklə, bu cür hərəkətlərin normallaşmasının qarşısını alır."
FIFA 2022 Dünya Kubokunda təqdim edilən SMPS indiyədək FIFA-nın 11 tədbirində, o cümlədən turnirlər, seçmə mərhələlər və yoldaşlıq matçlarında 3381 oyunçu və 160 komanda hesabında 30 milyon yazı və şərhi təhlil edib və 2,6 milyon təhqiredici şərhi gizlədib.