28 sentyabr 2024. Şənbə

Messi MLS və Avropa futbolunu müqayisə etdi


  • Offside
  • 17:47 19.06.2024
  • Oxunma sayı: 83
Messi MLS və Avropa futbolunu müqayisə etdi

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi MLS ilə Avropa futbolunun fərqi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, ulduz futbolçu bu barədə Marselo Tinelliyə müsahibəsində deyib.

“MLS-də adətən həftədə bir matç olur. Bu, başqa işlərlə məşğul olmaq üçün sizə daha çox vaxt verir. Çöldə çox vaxt keçirirəm, dincəlirəm, yaxşı yeyirəm. Hələ nəticə çıxarmaq lazımdır, amma burada daha çox azadlıq var. Biz həmişə qalib gəlmək istəyirik, amma burada o qədər də təzyiq yoxdur. Təzyiq fərqlidir, fərq budur”

Hazırda 8 dəfə “Qızıl top”un sahibi olan Leo Messi Argentina millisinin heyətindədir. Bu gün komanda Amerika Kubokunda start götürəcək.







Offside