- Offside
- 20:58 07.02.2026
Azərbaycanın 14 yeniyetmə şahmatçısı iyunun 23-də Gürcüstanın Batumi şəhərində start götürəcək Dünya Kubokuna qatılacaq.
Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, təmsilçilərimiz yarışa məşqçi Fərid Abbasovun rəhbərliyi altında yollanacaq.
Turnir 8, 10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar arasında keçiriləcək.
Dünya Kubokuna iyulun 3-də yekun vurulacaq.