28 sentyabr 2024. Şənbə

Azərbaycan paraüzgüçüsü “Paris-2024”də!


  • Offside
  • 14:06 20.06.2024
  • Oxunma sayı: 80
Azərbaycan paraüzgüçüsü “Paris-2024”də!

Paralimpiya, dünya və Avropa çempionu Vəli İsrafilov Paris Paralimpiadasında çıxış edəcək.

Milli Paralimpiya Komitəsindən (MPK) 90deqiqe.Az-a verilən məlumata görə, Beynəlxalq Paralimpiya Komitəsi MPK tərəfindən göndərilən sorğuya müsbət cavab verib.

Paraüzgüçümüz Fransanın paytaxtında SB13 kateqoriyasında 100 metr məsafədə brass (qurbağa) üsulda mübarizə aparacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.







Offside