29 noyabr 2024. Cümə

Serbiya Xarici İşlər Naziri: "Təzyiqlər bizim futbolçularda qəzəb oyadır"


  • Offside
  • 16:54 20.06.2024
  • Oxunma sayı: 76
Serbiya Xarici İşlər Naziri: "Təzyiqlər bizim futbolçularda qəzəb oyadır"

Serbiya Xarici İşlər Nazirliyinin rəhbəri Albaniya və Xorvatiya azarkeşləri ilə bağlı qalmaqaldan danışıb.

90deqiqe.Az xəbər verir ki, Serbiyanın xarici işlər naziri Marko Djuric, bu cür fəryadların bəzi ekstremist siyasətçilərin yaratdığı pis ab-hava və regionda daha geniş geosiyasi kontekstdən öz məqsədləri üçün istifadə etməyə çalışan bəzi qüvvələr tərəfindən törədildiyini qeyd edib. O, belə təzyiqlərin Serbiya yığmasının oyunçularında qəzəb və əlavə döyüş istəyi oyatdığını vurğulayıb və Serbiya millisi ilə qürur duyduğunu bildirib.

Xatırladaq ki, Serbiya millisi, UEFA-nın Albaniya və Xorvatiya azarkeşlərini nalayiq şüarlara görə cəzalandırmaması halında, Avro-2024-dən çıxmaqla hədələyib.







Offside