29 noyabr 2024. Cümə

Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazandı!


  • Offside
  • 17:49 21.06.2024
  • Oxunma sayı: 103
Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazandı!

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (96 kq) Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa birinciliyində üç medal qazanıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, 15 yaşadək idmançıların mübarizəsində çıxış edən atlet birdən qaldırma hərəkətində 120 kq-ı ram edib və bürünc medal əldə edib.

“Göyəzən” Ağırlıqqaldırma Klubunun təmsilçisi təkanla qaldırma hərəkətində 146 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə gümüş medala sahib çıxıb.

Muhəmmədəli Məmmədzadə toplam 266 kq (120+146) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Aslan Əmiraslanov (U-15, 89 kq) üç qızıl, İsa Əliyev (U-15, 73 kq) iki qızıl, bir gümüş, Elman Kurdanov (U-15, 67 kq) iki gümüş, bir bürünc, Nuray Əbilova (U-15, 40 kq) gümüş medal əldə edib.







Offside