28 noyabr 2024. Cümə axşamı

Azərbaycan Cüdo Federasiyası 46 idman təşkilatına lisenziya verib


  • Offside
  • 12:34 23.06.2024
  • Oxunma sayı: 97
Azərbaycan Cüdo Federasiyası 46 idman təşkilatına lisenziya verib

Azərbaycan Cüdo Federasiyası (ACF) idman təşkilatlarının lisenziyalaşdırılması prosesini davam etdirir.

90deqiqe.Az xəbər verir ki, federasiya tərəfindən 46 idman təşkilatına beş il müddətinə lisenziya verilib.

Bu təşkilatlar qaydalara uyğun olaraq tələb olunan sənədləri təqdim edib və müəyyən edilmiş meyarlar əsasında seçilib.

ACF-nin idman direktoru Kamran Talıbov və İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə lisenziyanın mahiyyətindən və əhəmiyyətindən, idman təşkilatlarının öhdəliklərindən danışıb, lisenziya əldə edən təşkilatları təbrik ediblər.







Offside