- Offside
- 17:18 23.11.2024
Azərbaycanın stolüstü tennisçiləri Rusiyanın Yakutsk şəhərində keçiriləcək "Asiya uşaqları" İdman Oyunlarında iştirak edəcəklər.
90deqiqe.Az xəbər verir ki, 2009-2010-cu il təvəllüdlü idmançiların qatılacağı yarışda 4 stolüstü tennisçi bacarığını göstərəcək.
Məşqçilər Elnur Hidayətzadə və Səbinə Əzizlinin rəhbərliyi ilə Şəbnəm Mansurova, Xədicə Eylazova, Tunar Bağirov və Uğur Nəzərli qələbə uğrunda mübarizə aparacaq.
İyunun 25-də start veriləcək yarışa beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da dəvət alıb.
Qeyd edək ki, "Asiya uşaqları" İdman Oyunlarına iyulun 7-də yekun vurulacaq.