- Offside
- 17:18 23.11.2024
Azərbaycanın 2 boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb.
Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, Kənan Aslanlı (63 kq) 1/16 final çərçivəsində Uilliam Murla (İngiltərə) qarşılaşıb.
Döyüş 4:1 (29:27, 28*:28, 28*:28, 27:29, 28*:28) hesabı ilə Azərbaycan idmançısının xeyrinə yekunlaşıb. K.Aslanlı növbəti görüşdə irlandiyalı Eduard Hartla üz-üzə gələcək.
Adil Zalov (66 kq) da adını 1/8 finala yazdırıb. O, startda gürcüstanlı Luka Mazanaşvilini mübarizədən kənarlaşdırıb – 3:1 (27:29, 30:26, 29:27, 28:28, 29:27). Zalov da növbəti döyüşündə irlandiyalını sınağa çəkəcək. Onun rəqibi Con Maher olacaq.
Hər 2 görüş iyunun 25-də baş tutacaq.
Qeyd edək ki, yarış iyunun 30-da başa çatacaq.