28 sentyabr 2024. Şənbə

Silahlı Qüvvələr Gününə həsr olunmuş ciu-citsu üzrə Açıq Bakı turniri keçirilib - FOTOLAR


  • Offside
  • 12:05 24.06.2024
  • Oxunma sayı: 132
Silahlı Qüvvələr Gününə həsr olunmuş ciu-citsu üzrə Açıq Bakı turniri keçirilib - FOTOLAR

Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş Açıq Bakı turniri keçirilib.

90deqiqe.Az  xəbər verir ki, Azərbaycan və Braziliya Dövlət Himnlərinin səsləndirilməsi ilə start götürən tədbirdə açılış nitqi ilə çıxış edən birliyin prezidenti Aqil Acalov günün önəmi ilə bağlı qısa məlumat verməklə yanaşı, fəaliyyət dövrləri ərzində əsas qayələrinin vətənpərvərliyin təbliği olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təsisçisi, ölkədə bu döyüş sənətinin banisi olan Taleh Həsənov bütün iştirakçılara uğurlar arzulayıb.

İctimai birliyin sədri Fuad Kərimov isə bu idman növünün perspektivlərindən danışıb.

Sonda çıxış edən Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro bu idman növünün iki ölkə arasında ortaq dəyərlərin formalaşmasındakı rolunun önəmini vurğulayaraq, münasibətlərin hərtərəfli və sıx olmasından məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə 200-dən çox idmançının yer aldığı turnirin sonunda qaliblər müvafiq nominasiyalar üzrə diplom və medallarla təltif olunublar.







Offside