- Offside
- 17:18 23.11.2024
Azərbaycanın U-20 basketbol millisi təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, iyunun 20-dən milli komandamız Memarlıq və İnşaat Universitetinin idman zalında təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
İspaniyalı baş məşqçi Alberto Blankonun rəhbərliyi ilə hazırlıq prosesində taktiki və texniki, hücum-müdafiə planları üzərində çalışılıb. Taktiki hazırlıqlarda yığmamızın köməkçi məşqçiləri Zaur Paşayev və Anar Hacıyev də yaxından iştirak ediblər.
Hazırlıq prosesi iyulun 12-dən 21-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq xarateri daşıyır.
Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək davam edəcək.