23 noyabr 2024. Şənbə

Cokoviç Uimbldonda oynamaq şansını dəyərləndirib


  • Offside
  • 23:51 24.06.2024
  • Oxunma sayı: 89
Cokoviç Uimbldonda oynamaq şansını dəyərləndirib

Serbiyalı tennisçi, dünyanın ikinci nömrəsi Novak Cokoviç Uimbldondakı çıxışı ilə bağlı açıqlama verib.

90deqiqe.Az  xəbər verir ki, "BBC Sports" Cokoviçin dediklərini belə çatdırıb:

“Mən hər gün hazırlaşacam. Maksimuma yaxın səviyyədə və ya maksimumda oynaya biləcəyimi başa düşsəm, o zaman oynayacam. Yoxdursa, mən başqasına oynamaq şansı verəcəm” 

Xatırladaq ki, Cokoviç Rolan Qarros zamanı zədələnmişdi. Fransisko Serundolo ilə 1/8 final matçında Cokoviç zədələnsə də, beş inadkar oyunda qalib gəlib. Lakin serb 1/4 finaldan geri çəkilməli olub. İyunun 20-də serb menisk əməliyyatından sonra kortdakı ilk məşqindən video paylaşıb.

Uimbldon iyulun 1-dən 14-dək keçiriləcək.







Offside