28 iyun 2024. Cümə

Məşhur boksçunun oğlu intihar etdi


  • Offside
  • 13:17 25.06.2024
  • Oxunma sayı: 33
Məşhur boksçunun oğlu intihar etdi

Rusiya vətəndaşlığını qəbul etmiş amerikalı boksçu kiçik Roy Cons 32 yaşlı oğlu Deandrenin intihar etdiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə idmançı sosial şəbəkə hesabında yazıb.

"Təəssüf ki, oğlum Deandre intihar etdi. Hazırda bir çox insanlar çətin günlər yaşayır, lakin öz canını almağa dəyməz. Allah həyatı verir və onu alacaq da o olmalıdır", - Roy Cons bildirib.

55 yaşlı Roy Cons dünyada orta, super orta, ağır və super ağır çəkili qızıl kəmərlərə sahib olan yeganə boksçudur. Roy 47-si nokautla olmaqla 66 qələbə qazanıb. Rusiya vətəndaşlığına malik olan idmançı bütün karyerası ərzində cəmi 9 məğlubiyyət alıb.







Offside