- Offside
- 17:18 23.11.2024
Rusiya Güləş Federasiyasının (FSBR) rəhbəri Mixail Mamiaşvili, demək olar ki, bütün Rusiya güləşçilərinin Olimpiya Oyunlarında neytral statusda iştirak etməyə razı olduqlarını və protokol imzaladıqlarını açıqlayıb.
90deqiqe.Az "Match TV"yə istinadən xəbər verir ki, yalnız Veronika Çumikova iştirak protokolunu imzalamayıb.
"Hazırda yalnız Çumikova Olimpiya Oyunlarına qatılmayacaq. Digər idmançılarla bağlı isə yenidən müzakirə aparacağıq. Veronika istisna olmaqla, bütün idmançılar neytral statusda Olimpiya Oyunlarında iştirak etməyə razı olublar. Əgər son qərar qəbul edilib Fransaya gedilərsə, logistika ilə bağlı hələ dəqiq məlumat yoxdur.
Əlavə hazırlıqlara gəldikdə, planlaşdırılan hər şey yerinə yetirilir. Fransaya gedəcək heyət barədə danışmağa ehtiyac yoxdur, çünki hələ dəqiqləşdirilməli olan mütəxəssislər məsələsi var və bunlar həkimlər və masajçılardır. BOK tərəfindən heç bir əlavə tələb qoyulmayıb. Dünən növbəti bir konqres vardı, orada heç bir yeni məlumat eşitmədim," deyə Mamiashvili bildirib.
Daha əvvəl, BOK 2024 Olimpiya Oyunlarına buraxılan Rusiya idmançılarının adlarını açıqlayıb. Onların arasında 10 güləşçi var idi:
Şamil Məmmədov, Arslan Baqayev, Abdulla Kurbanov, Alan Ostaev, Maqomed Murtazəliyev, Natalya Malışeva, Veronika Çumikova, Alina Kasabiyeva, Yelizaveta Petlyakova və Naçın Monquş.