23 noyabr 2024. Şənbə

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında təmsil edəcək güləşçilər müəyyənləşib


  • Offside
  • 16:52 25.06.2024
  • Oxunma sayı: 84
Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında təmsil edəcək güləşçilər müəyyənləşib

Azərbaycanı sabah Rusiyanın Yakutsk şəhərində start götürəcək "Asiya Uşaqları" Oyunlarında təmsil edəcək güləşçilər müəyyənləşib.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Oyunlar çərçivəsində iyunun 28-dən iyulun 2-dək güləş yarışları baş tutacaq. Ölkəmizi məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və İlham Vezirovun rəhbərliyi altında U-15 millimizin üzvləri təmsil edəcək.

3000 tamaşaçı tutumlu “Triumf” İdman Mərkəzində keçiriləcək yarışda sərbəst güləşdə Hüseyn Rzazadə (38 kq), Tamerlan Namazlı (41 kq), Rəşid Nazarov (52 kq) Həsən Həsənov (62 kq) və Nihad Süleymanlı (75 kq), qadın güləşində Gülnar Ağadadaşova (39 kq), Rəna Nuriyeva (54 kq) və Simurə Abdullayeva (62 kq), yunan-Roma güləşində isə Yusif Mirzəyev (38 kq), Qurban Məcnunov (44 kq), Eldəniz Allahverdiyev (52 kq) və Yaşar Məmmədov (75 kq) uğur qazanmağa çalışacaq.

"Asiya Uşaqları" Oyunlarında I dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyacaq.







Offside