- Offside
- 14:29 28.11.2024
Azərbaycanın cüdo üzrə yeniyetmə oğlanlardan və qızlardan ibarət milli komandaları Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıqları başa vurub.
Azərbaycan Cüdo Federasiyasından (ACF) 90deqiqe.Az-a verilən məlumata görə, Sofiya şəhərindəki yarışda ölkəmiz 14 çəki dərəsində 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunacaq.
ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar.
Qeyd edək ki, Avropa çempionatı iyunun 27-30-da təşkil olunacaq.