30 iyun 2024. Bazar günü

Cüdo üzrə "ustad dərsi" keçirilib - FOTOLAR


  • Offside
  • 10:50 27.06.2024
  • Oxunma sayı: 60
Cüdo üzrə "ustad dərsi" keçirilib - FOTOLAR

Gənclər və İdman Nazirliyinin 2024-cü il üçün seçdiyi “İdman səfirləri” ölkəmizin regionlarında idmanın kütləviliyi və təbliği üçün fəal iştirak edir.

90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, bu tədbirlər çərçivəsində dünya və Avropa çempionatlarının mükafatçısı, Cüdoçu Orxan Səfərov Sabirabad rayonunda cüdo üzrə ustad dərsi keçib.

Tədbirdə idmançımız uşaqlara və gənclərə müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsi haqqında geniş məlumat verib və əməl etməli olduqları qaydalar barədə öz dəyərli təcrübələrini bölüşüb. 







Offside