30 iyun 2024. Bazar günü

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib


  • Offside
  • 13:07 27.06.2024
  • Oxunma sayı: 35
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

90deqiqe.Az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar mübarizə aparır.

Üç gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qüvvəsini sınayır. İştirakçılar şəxsi, qoşa və qarışıq-qoşa növlərində bacarıqlarını nümayiş etdirirlər.

Ölkə birinciliyində fəxri kürsüyə yüksələn idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.







Offside