30 iyun 2024. Bazar günü

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə start verilib


  • Offside
  • 11:18 28.06.2024
  • Oxunma sayı: 40
Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə start verilib

Tərtər Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, yarışın ilk günündə 2014-2016-cı il təvəllüdlü balacalar, 2011-2013-cü il təvəllüdlü yeniyetmələr və 2009-2010-cu il təvəllüdlü gənclər çıxış edəcəklər.

Yarışda Gəncə Olimpiya İdman Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi (RKİM), “Ocaq Sport” Klubu, “Ocaq Sport” Klubunun Hövsan və Zaqatala bölmələri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, Şəmkir Gənclər Evi, Şirvan Olimpiya İdman Kompleksi, Su İdmanı Sarayı, Abşeron Olimpiya İdman Kompleksi və “Grasiya” İdman Klubundan, ümumilikdə, 130 idmançı istedad və hazırlığını nümayiş etdirəcək.

Birincilikdə gimnastlar fərdi hərəkətlərdə balacalar (2016-cı il, 2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il, 2011-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış edəcəklər. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə aparacaqlar.

Yarış iki gün davam edəcək.(Azərtac)







Offside