30 iyun 2024. Bazar günü

Azərbaycan üzgüçüsündən Rusiyada iki bürünc medal


  • Offside
  • 12:48 28.06.2024
  • Oxunma sayı: 41
Azərbaycan üzgüçüsündən Rusiyada iki bürünc medal

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Rusiyada keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında uğurlu çıxış edib.

Üzgüçülük Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançı 1500 metr məsafəyə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla bürünc medal qazanıb.

Beynəlxalq yarışda ölkəmizi həmçinin Oqtay Hüseynov, Vlastilina Xasyanova və Xumar Mustafayeva təmsil edirlər.

Qeyd edək ki, "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışları iyulun 4-dək davam edəcək.







Offside