1 iyul 2024. Bazar ertəsi

Uimbldon-2024: Cokoviçin rəqibləri bəlli oldu


  • Offside
  • 16:42 28.06.2024
  • Oxunma sayı: 37
Uimbldon-2024: Cokoviçin rəqibləri bəlli oldu

Bugün, 28 may tarixində, Londonda (Birləşmiş Krallıq) Uimbldon 2024 turnirinin püşkü atılıb.

90deqiqe.Az "Championship" nəşrinə istinadən xəbər verir ki, serbiya tennisçi və dünya ikincisi Novak Cokoviçin turnirdəki mümkün rəqibləri bəlli olub:

-1/64 final: Vit Kopriva (123-cü raket, Çexiya)
- 1/32 final: Jacob Fearnley (271-ci raket, Böyük Britaniya)
- 1/16 final: Aleksey Poprin (47-ci raket, Avstraliya)
- 1/8 final: Holger Rune (15-ci raket, Danimarka)
- 1/4 final: Aleks de Minaur (Avstraliya)
- 1/2 final: Andrey Rublev (Rusiya)
- Final: Jannik Sinner (İtaliya)

Novak Cokoviç "Uimbldon"da yeddi dəfə çempion olub (2011, 2014, 2015, 2018, 2019, 2021, 2022). Keçən il isə finala yüksəlib və Karlos Alkaraza beş setdə məğlub olub.

Kişilər arasında əsas turnir 1-14 iyul tarixlərində keçiriləcək.







Offside