2 iyul 2024. Çərşənbə axşamı

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub


  • Offside
  • 19:47 29.06.2024
  • Oxunma sayı: 42
Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycanın yeniyetmə cüdoçuları Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” Oyunlarında iştirak edəcəklər.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan millisi yarışda 11 çəki dərəcəsində 5 qız və 6 oğlan cüdoçu ilə təmsil olunacaq.

Qızlar arasında Gülşən Hüseynova (40 kiloqram), Gülgəz Musayeva (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Səmayə Yusiflı (52 kiloqram) və Fidan Cəlilli (63 kiloqram) mübarizə aparacaqlar. Oğlanların yarışında isə Anar Quliyev (46 kiloqram), Məhəmməd Rüstəmli (50 kiloqram), İlkin Qarayev (55 kiloqram), Özqan Quliyev (60 kiloqram), Əli Hümbətli (66 kiloqram) və Amin Mehdiyev (73 kiloqram) qüvvəsini sınayacaq.

“Asiya uşaqları” Oyunlarında cüdo yarışları iyunun 30-dan iyulun 2-dək keçiriləcək.

Qeyd edək ki, Oyunlarda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ədalət təmsilçiləri arasında yer alacaq.







Offside