- Offside
- 17:18 23.11.2024
Almaniyada futbol üzrə Avropa çempionatı qızışdığı bir vaxtda hazırda Avropanın ən yaxşı klubu “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti tətilini davam etdirir.
90deqiqe.Az xəbər verir ki, həyat yoldaşı Marianna ilə birlikdə ABŞ-ın qərbindəki Montanaya gedən Ançelotti Kordilyer dağlarında istirahət edirlər.
Cütlük ara-sıra tətil fotolarını sosial şəbəkələrdə paylaşır. Xüsusilə at belində çəkilmiş foto məşhurlaşıb - 180 mindən çox "like" toplayıb.
Xatırladaq ki, ötən mövsüm “Real” nəinki İspaniyanın ən yaxşı klubu adını qazanmışdı, həm də həmişəki kimi Çempionlar Liqasının qalibi olmuşdu.