- Offside
- 17:18 23.11.2024
Futzal üzrə UEFA Çempionlar Liqasında iştirakçı klubların reytinq cədvəli və hansı mərhələdən yarışa qoşulacağı açıqlanıb.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, bu turnirdə ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” hazırda 25-ci pillədə yer aldığından yeni mövsümə də ilkin mərhələdən start verəcək.
Naxçıvan təmsilçisi püşkatmaya V səbətdən qoşulacaq. Çempionatda 52 federasiyanı təmsil edən 56 klub yarışacaq.
İlkin mərhələdə UEFA-nın açıqladığı klubların reytinq cədvəlinin 24-55-ci illələri arasında qərarlaşan 32 komanda iştirak edəcək. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünəcəklər və yalnız qrup qalibi olan komandalar (cəmi 8 klub) əsas mərhələyə vəsiqə qazanacaq və B yolunda mübarizə aparacaq. Oyunlar avqustun 20-25-i aralığında keçiriləcək. Hər qrupun oyunu bir ölkədə təşkil olunacaq. Artıq komandalar səbətlərə bölünüblər.
I səbət: ev sahibləri
Diamant Linz (Avstriya), qrupunun 1-cisi
Tirana (Albaniya), qrupunun 2-si
Amiqo Northvest (Bolqarıstan), qrupunun 2-si
Hjörrinq (Danimarka), qrupunun 2-si
Uddevalla (İsveç), qrupunun 2-si
Klik Kişinyov (Moldova), qrupunun 3-sü
Forca (Şimali Makedoniya), qrupunun 3-sü
Mançester (İngiltərə), qrupunun 3-sü
II səbət: qrupunun 4-sü (reytinq 48-55)
Ranger (Andorra)
Aberdin (Şotlandiya)
Cymru (Uels)
Sparta Belfast (Şimali İrlandiya)
İstanbul Şişli (Türkiyə)
İsbjonin (Danimarka)
Europa (Cəbəllütarıq)
Makkabi Netanya (İsrail)
III səbət: qrupunun 3-cüsü (reytinq 40-47)
Vellimdorf (Almaniya)
AEK (Yunanıstan)
Utleyra İdrettslaq (Norveç)
Sillamae Silla (Estoniya)
Fiorentina (San Marino)
IV səbət: qrupunun 2-cisi (reytinq 32-39)
Yerevan (Ermənistan)
Georgians (Gürcüstan)
Blue Magiç Dublin (İrlandiya)
AEL Limassol (Kipr)
V səbət: qrupunun 1-si (reytinq 24-31)
Kataniya (İtaliya)
"Araz-Naxçıvan" (AZƏRBAYCAN)
KMF Titoqrad (Monteneqro)
Şiroki Briyeq (Bosniya və Herseqovina)
Minerva (İsveçrə)
Akaa (Finlandiya)
Tiqers Roermond (Niderland)
Əsas mərhələ
24 komanda mübarizəyə əsas mərhələdən başlayacaq. İlkin mərhələdə öz qrupunun qalibi olan 8 klub da onlara qoşulacaq. Bu dəfə 32 komanda iki fərqli - A və B yolunda qruplara bölünəcəklər.
B yolu
Bu yolda reytin cədvəlinin 12-15-ci və 20-23-cü pillələrində yer alan, eləcədə ilkin mərhələdə qrup qalibi olacaq 8 komanda yarışacaq. Ümumilikdə 16 komanda 4 qrupa bölünəcək. B yolundakı qruplardan ancaq ilk pillənin sahibi elit-raunda yüksələcək.
VI səbət: Ev sahibləri
Etoile Lavalloise (Fransa), qrupunun 1-si
Luçenes (Slovakiya), qrupunun 2-si
Bonjika (Serbiya), qrupunun 2-si
4 ev sahibi olacaq klubdan üçü məlumdur. Digər evsahibi komandanın iyulun 19-na qədər müəyyənləşməsi, UEFA püşkatma ilə seçim edəcək.
VII səbət: İlkin mərhələnin qalibləri
A qrupunun qalibi
B qrupunun qalibi
C qrupunun qalibi
D qrupunun qalibi
E qrupunun qalibi
F qrupunun qalibi
G qrupunun qalibi
H qrupunun qalibi
VIII səbət: qrupunun 2-si (reytinq 20-23)
Stalitsa Minsk (Bolqarıstan)
Differdange 03 (Lüksemburq)
IX səbət: qrupunun 1-si (12-15)
Riqa (Latviya)
Luksoil Andreus (Malta)
Kauno Jalgiris (Litva)
A yolu
Burada yarışın son qalibi, eləcə də reytinq cədvəlinin 1-11-ci və 16-19-cu pilləsində yer alan komandalar mübarizə aparacaq. 16 iştirakçı 4 qrupa səpələnəcək. B yolundakı qruplardan fərqli olaraq A yolunda hər qrupdan 3 komanda elit-raunda yüksələcək.
X səbət: ev sahibləri
Palma (İspaniya), qrupunun 1-si
Sportinq Anderlext (Belçika), qrupunun 2-si
Kayrat (Qazaxıstan), qrupunun 2-si
Priştina 01 (Kosovo), qrupunun 4-sü
XI səbət: qrupunun 4-sü (reytinq 16-19)
Record Bielsko-Biala (Polşa)
Semey (Qazaxıstan)
Yunayted Qalati (Rumıniya)
XII səbət: qrupunun 3-sü (reytinq 8-11)
Haladas (Macarıstan)
Plzen (Çexiya)
Hit Kiyev (Ukrayna)
Dinamo (Xorvatiya)
XIII səbət: qrupunun 2-si (reytinq 4-7)
Olmissum (Xorvatiya)
Doboveç (Sloveniya)
XIV səbət: qrupunun 1-si (reytinq 1-3)
Sportinq (Portuqaliya)
Kartagena Kosta Kalida (İspaniya)
Braqa (Portuqaliya)