- Offside
- 22:48 26.11.2024
Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, 1/4 final cütlərini formalaşdıran səkkiz komanda kubok uğrunda mübarizəni davam etdirəcək.
Bu cütlər belə görünür:
1. Argentina – Ekvador;
2. Venesuela - Kanada;
3. Kolumbiya - Panama;
4. Uruqvay - Braziliya.
Yarımfinalda birinci dörddəbir finalın qalibi ikinci dörddəbir finalın qalibi ilə, üçüncü dörddəbir finalın qalibi dördüncü dörddəbir finalın qalibi ilə oynayacaq.
Amerika Kubokunun 1/4 final mərhələsi Avropa vaxtı ilə desək, iyulun 5-dən 6-na və 7-nə keçən gecə baş tutacaq.
Qeyd edək ki, Amerika Kubokunun hazırkı qalibi Argentina millisidir.