- Offside
- 22:48 26.11.2024
Azərbaycanın həndbol hakimləri Ləman Həmidova və Aydan Hüseynova iyulun 1-dən 5-dək İsveçin Göteborq şəhərində təşkil edilən Açıq Avropa çempionatının oyunlarına təyinat alıb.
90deqiqe.Az xəbər verir ki, Avropanın Gənc Hakimlərinin layihəsi çərçivəsində reallaşan qitə yarışında 20 komanda 4 qrupda mübarizə aparır.
Azərbaycan Yüksək Liqasının hakimləri həmin turnirdə bu günə kimi Litva - Norveç, Kipr - Rumıniya, Macarıstan – Kipr və Finlandiya – Slovakiya matçlarını idarə edib.
Hakimlərimizin qarşıdakı günlərdə daha bir neçə oyuna təyinat alacağı gözlənilir. Ləman Həmidova və Aydan Hüseynova qarşılaşmaları idarə etməklə yanaşı, burada təşkil olunan Avropa Həndbol Federasiyasının gənc hakimlər üçün seminarına da qatılıblar.
Onlar oyun qaydaları, fiziki hazırlıq və ingilis dilindən test verirlər. Seminar iştirakçıları həmçinin keçirilən matçlarla bağlı hakimlik işini də dəyərləndirəcəklər.