7 iyul 2024. Bazar günü

ÇL: “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib


  • Offside
  • 16:54 04.07.2024
  • Oxunma sayı: 46
ÇL: “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib

"Araz-Naxçıvan" komandasının futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sparta” (Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klubları ilə qarşılaşacaq.

Bu qrupun oyunları İsveçdə keçiriləcək.

Qeyd edək ki, matçlar avqustun 20-25-də baş tutacaq. Qrup qalibləri əsas mərhələdə iştirak hüququ əldə edəcəklər.







Offside