7 iyul 2024. Bazar günü

“Araz-Naxçıvan” növbəti mərhələyə yüksələrsə...


  • Offside
  • 17:45 04.07.2024
  • Oxunma sayı: 50
“Araz-Naxçıvan” növbəti mərhələyə yüksələrsə...

UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə mübarizəyə ilkin mərhələdən başlayacaq “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə B yolunda 5-ci qrupda yer alacaq.

90deqiqe.Az-ın məlumatına görə, Naxçıvan təmsilçisinin rəqibləri “Etoile Lavalloise” (Fransa) və “Stalitsa Minsk” (Belarus) ilə yanaşı ilkin mərhələnin B qrupunun qalibi (“Minerva” (İsveçrə), “Amiqo Northvest” (Bolqarıstan), “Fiorentina” (San Marino) və “Cymru” (Uels) olacaq.

Bu mərhələnin oyunları oktyabrın 22-dən 27-dək Fransada keçiriləcək. Bu qrupdan elit-raunda turnir cədvəlini birinci pillədə başa vuracaq komanda yüksələcək. 

Qeyd edək ki, “Araz-Naxçıvan” ilkin mərhələdə Uddevalla (İsveç), Sillamae Silla (Estoniya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə təşkil olunacaq.







Offside