- Offside
- 01:37 23.08.2026
Kamerun və Azərbaycan Gimnastika federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, sənədi qurumun hüquqşünası Tural Alıyev və Kamerun Gimnastika Federasiyasının prezidenti Yekel Enni Flor imzalayıblar.
Tərəflər bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.