23 noyabr 2024. Şənbə

Azərbaycan karateçisi Dünya Kubokunda üçüncü olub


  • Offside
  • 12:52 05.07.2024
  • Oxunma sayı: 94
Azərbaycan karateçisi Dünya Kubokunda üçüncü olub

Kyokuşin karate üzrə Azərbaycan millisinin üzvü Cavid Kazımlı (+75 kq) Bolqarıstanın Varna şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, o, 16-17 yaş qrupunda bu mükafata sahib çıxıb.

Daha sonra yarışda senşi döyüşlərinə start verilib. Bu növdə Orxan Məmmədov ilk görüşünü qələbə ilə bitirib. O, ikinci döyüşünü bu gün keçirəcək.

Qeyd edək ki, Azərbaycan yarışda 12 idmançı ilə təmsil olunur.







Offside