5 oktyabr 2024. Şənbə

"Alkarasın Novak üzərində beş setdə qazandığı qələbə inanılmaz idi"


  • Offside
  • 23:59 05.07.2024
  • Oxunma sayı: 86
"Alkarasın Novak üzərində beş setdə qazandığı qələbə inanılmaz idi"

Böyük Dəbilqə yarışlarının 20 qat çempionu və keçmiş dünya 1 nömrəli isveçrəli tennisçi Rocer Federer ötən il Uimbldonun finalında ispan Karlos Alkarasın serb Novak Cokoviç üzərində qələbəsini yüksək qiymətləndirib. 

90deqiqe.Az xəbər verir ki, “The Tennis Letter" nəşri Federerin dediklərini belə çatdırıb:

“Alkaras fantastik idi. Onun keçən il burada Novak üzərində beş setdə qazandığı qələbə inanılmaz idi. Mən burada Novakla oynamışam və onu məğlub etməyin nə qədər çətin olduğunu bilirəm. Karlosun 20 yaşında bunu etməsi inanılmazdır.

Və Sinner, onun son bir neçə il ərzində necə inkişaf etdiyini bəyənirəm. Düşünürəm ki, o [tərəqqiyə] davam edəcək, bu o deməkdir ki, onlar bir-birləri ilə daha çox görüşəcəklər. Bu, əla qarşılaşma olacaq”

Xatırladaq ki, görüş 1:6, 7:6 (8:6), 6:1, 3:6, 6:4 hesabı ilə Alkarazın xeyrinə başa çatıb.







Offside