- Offside
- 17:18 23.11.2024
Rusiyanın İdman Nazirliyi, Olimpiya Komitəsi və İdman Qurğuları Assosiasiyası tərəfindən təşkil edilən ən yaxşı idman qurğuları müsabiqəsində Azərbaycanın iki idman kompleksi fərqlənib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, “Ən möhtəşəm idman qurğusu” nominasiyasında Milli Gimnastika Arenası ikinci yerə layiq görülüb. Heydər Əliyev adına İdman-Konsert Kompleksi isə Təşkilat Komitəsinin xüsusi seçilən obyekti olub.
Müsabiqədə Rusiya ilə yanaşı, 4 ölkənin - Azərbaycan, Özbəkistan, Belarus və Ermənistanın idman qurğuları da yarışıblar.
Qeyd edək ki, münsiflər heyətində Azərbaycanı Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Fikrət Hüseynov təmsil edib.