19 iyul 2024. Cümə

İlk dəfə airbadminton üzrə Federasiya Kuboku keçirilib


  • Offside
  • 15:35 06.07.2024
  • Oxunma sayı: 48
İlk dəfə airbadminton üzrə Federasiya Kuboku keçirilib

İlk dəfə Azərbaycan badmintonu tarixində airbadminton üzrə Federasiya Kuboku keçirilib.

Azərbaycan Badminton Federasiyasından 90deqiqe.Az -a verilən məlumata görə, yarış qarışıq qoşa kateqoriyası üzrə açıq havada təşkil olunub. Bakı Avropa Oyunları Parkında keçirilən kubokun qalibi Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi olub. Rəvan Niftəliyev-Nigar Səmədova qoşası ikinci, Teymur Abbasov-Zülfiyyə Abbasova ilə Əli Gözəlov və Fatimə Həsənzadə isə bürünc medala layiq görülüb.

5 İyul - Ümumdünya Badminton Gününə həsr olunan Federasiya Kubokunun qalibləri diplom, medal və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Dünya Badminton Federasiyası, Gənclər və İdman nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış iyulun 3-4-də baş tutub.







Offside