- Offside
- 17:18 23.11.2024
Gənclər və İdman Nazirliyi (AGİN) və Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib.
90deqiqe.Az AGİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 5-də baş tutan yarışın yekun nəticələrinə görə kişilər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşı İlqar Alqayev birinci olub.
Ramil Hacıyev (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) yarışı ikinci, Şahin Əlizadə (ƏƏSMN) isə üçüncü pillədə başa vurublar.
Qadınlar arasında Şəlalə Mərdəliyeva (ƏƏSMN), Şahrun Salmanova (Fövqəladə Hallar Nazirliyi), Fəridə Abdullayeva (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) fərqləniblər.