12 may 2025. Bazar ertəsi

Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb


  • Offside
  • 11:41 08.07.2024
  • Oxunma sayı: 122
Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

90deqiqe.Az  Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, həmyerlimiz 18 yaşadək (U-18) oğlanların Avropa çempionatının final mərhələsinin matçlarını idarə edəcək.

Qeyd edək ki, yarış iyulun 10-21-i aralığında Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərində keçiriləcək.







Offside