6 oktyabr 2024. Bazar günü

"Paralimpiya Oyunlarında Azərbaycanı təmsil etmək ən böyük arzum idi"


  • Offside
  • 16:47 08.07.2024
  • Oxunma sayı: 110
"Paralimpiya Oyunlarında Azərbaycanı təmsil etmək ən böyük arzum idi"

Paralimpiya Oyunlarında Azərbaycanı təmsil etmək ən böyük arzum idi.

90deqiqe.Az xəbər verir ki, bunu Azərbaycanı Paris-2024 Yay Paralimpiya Oyunlarında təmsil edəcək parakamandan oxatan Cahan Musayev deyib.

Azərbaycan Paralimpiya Federasiyasının mətbuat xidmətinə danışan idmançı paralimpiadada iştirak edəcəyi üçün sevincli olduğunu söyləyb:

"Kamandan oxatmaya başlayanda hər bir idmançı kimi ölkəmizi ən böyük yarışlarda təmsil etmək istəyirdim. Çox sevincliyəm, Paralimpiya Oyunlarında Azərbaycanı təmsil etməklə ən böyük arzumu reallaşdıracam. Artıq məqsədim ilk dəfə çıxış edəcəyim Paralimpiadaya ən yaxşı formada hazırlaşmaqdır. Bu istiqamətdə məşqlərimi davam etdirirəm. Parisdə əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.







Offside