28 noyabr 2024. Cümə axşamı

Mixail Malkin və Aleksey Karataşov qızıl medal qazandı


  • Offside
  • 19:31 08.07.2024
  • Oxunma sayı: 243
Mixail Malkin və Aleksey Karataşov qızıl medal qazandı

6 və 7 iyul tarixlərində Portuqaliyanın Koimbra şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda gimnastlarımız - Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov və Selcan Mahsudova ölkəmizi təmsil ediblər.

90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış Dünya və Avropa çempionu Mixail Malkinin qızıl medal və Dünya kuboku seriyasının qalibi adını qazanması ilə əlamətdar olub. Bu mübarizədə topladığı 31.100 xal onun tamblinq üzrə ən güclülərin siyahısında adını ilk pilləyə yazdırmasına kömək olub, beləcə qızıl medalla mükafatlandırılıb. İdmançımızın Bakıda və Koimbrada keçirilən iki Dünya kubokunda göstərdiyi nəticələr ona Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokunun qalibi adını qazandırıb. 

Digər təmsilçimiz, Dünya çempionatının komanda hesabında qalibi və Avropa çempionatının gümüş medal mükafatçısı Tofiq Əliyev fəxri kürsüyə yüksələ bilməsə də, sıralamanın yuxarı pilləsində yer alıb. Finalda hakimlərdən topladığı 29.700 xal onu 4-cü pilləyə daşıyıb. 

Tamblinq üzrə Dünya kubokunun təsnifat mərhələsində ilk üçlükdə milli komandamızın üzvləri yer alıb. Lakin qaydalara görə, finalda hər ölkədən yalnız iki idmançının iştirakı mümkün olduğu üçün gimnastımız Adil Hacızadə yüksək nəticə göstərsə də, final mərhələsinə keçə bilməyib. 
Bilal Qurbanov və Selcan Mahsudova isə bu dəfə finala yüksələ bilməyiblər. 

Həftəsonu daha bir medal xəbəri isə yenə Koimbra şəhərindən gəlib. Belə ki, 5-7 iyul tarixlərində baş tutmuş “Coimbra GymFest 2024” adlı beynəlxalq yarışda tamblinq üzrə təmsilçimiz Aleksey Karataşov rəqiblərini üstələyərək sıralamanın ən yüksək pilləsində qərarlaşıb. Topladığı 97.300 xal onu qızıl medala aparıb. 
 







Offside