6 oktyabr 2024. Bazar günü

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb


  • Offside
  • 21:11 08.07.2024
  • Oxunma sayı: 107
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov federasiyaların nümayəndələri ilə növbəti görüşünü keçirib.

90deqiqe.Az xəbər verir ki, Bakı Gənclər Evində təşkil olunan iclasda nazir son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyini açıqlayıb.

Tədbirdə “Paris-2024” Yay Olimpiya Oyunlarına qazanılmış lisenziyalar, Olimpiadaya hazırlıq haqqında məlumat verilib, idman federasiyalarının sosial media hesabatı dinlənilib, hüquqi məsələlər, nizam-intizam, yerli və beynəlxalq yarışların təşkili, məşqçilərin təhsili və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin federasiyaların strateji inkişaf planı, növbəti Olimpiya Oyunlarına hazırlıqları müzakirə olunub, Azərbaycan Cüdo Federasiyasının 2024-2028-ci illər üzrə strategiyası təqdim edilib.







Offside