22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan millisi Avropa çempionatında ikinci qələbəsini qazandı


  • Offside
  • 15:00 10.07.2024
  • Oxunma sayı: 106
Azərbaycan millisi Avropa çempionatında ikinci qələbəsini qazandı

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ikinci qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu yığma Gürcüstan komandasını üstələyib.

Cəbəllütariqdə baş tutan qarşılaşma millimizin 97:40 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ilk oyunda Ermənistan millisini 86:59 hesabı ilə məğlub edən U-16 növbəti görüşünü iyulun 11-də Kiprə qarşı keçirəcək.







Offside